Portuqal motosikletçisi "Dakar" yarışında həlak olub - FOTO

Yol qəzaları 12 Yanvar 2020 | 18:00
OXUNUB: 847

Portuqal motosikletçisi Paulu Qonsalveş "Dakar" marafonun yeddinci mərhələsinin gedişatında həlak olub.

Bu barədə “Report” “Dakar” yarışının “Twitter”dəki rəsmi səhifəsinə istinadən xəbər verir.

Qeyd edilir ki, 40 yaşlı idmançı 276-cı kilometr mərhələdə motosikletdən yıxılıb. Hadisə yerinə tibb helikopteri göndərilib. Həkimlər Qonsalveşə ürək dayanması diaqnozunu qoyublar və yerdə reanimasiya keçiriblər. İdmançı xəstəxanaya yerləşdirilib, lakin o, ölüb.

 

"Dakar" yarışı portuqaliyalı üçün 13-cü olub. O, əvvəlki altıncı mərhələdən sonra motosikletçilərin hesabında 46-cı olub. Qonsalveş ilk dəfə yarışda 2006-cı ildə çıxış edib. İdmançı 2015-ci ildə yarışda ikinci yeri tutub.

"Dakar" yarışı 2020-ci ildə ilk dəfə Səudiyyə Ərəbistanında keçirilir. Yarış yanvarın 17-də başa çatacaq.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man