Rusiyanın Ryazan əyalətində iki minik avtomobilinin iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az “RİA Novosti”yə istinadən məlumat verir ki, qəza yanvarın 12-də gecə saatlarında “Moskva-Astraxan” avtomagistralının 386-cı kilometrliyində qeydə alınıb.
Məlumata görə, “LADA Largus” markalı minik avtomobili naməlum səbəblərdən “Hyundai Solaris”lə toqquşub. Nəticədə 3 nəfər ölüb, daha 8 nəfər isə xəsarət alıb.
Yaralılar, hadisə yerinə çağırılan ambulanslarla xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırmalara başlanılıb.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man