Bakı Ağır Cinayətlər Məhkəməsində piyadanın ölümü ilə nəticələn yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Cəmil Atabalayevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası yanvarın 14-nə təyin edilib.
Qeyd edək ki, hadisə sentyabr ayında Xətai rayonu, "Ukrayna" dairəsi yaxınlığında baş verib. 1990-cı il təvəllüdlü C.Atabalayev idarə etdiyi "Mercedes" markalı avtomobillə piyada, 2003-cü il təvəllüdlü Tünzalə Qəhrəmanovanı vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Xətai Rayon Polis İdarəsi tərəfindən C.Atabalayevə Cinayət Məcəlləsinin 263-1.3-cü (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma) maddəsi ilə ittiham verilib.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man