Tailandda mikroavtobusun və yük maşınının iştirakı ilə ağır yol nəqliyyat-hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, insident Saraburi – Lomsak avtomagistralında qeydə alınıb. Bu barədə yanvarın 11-də “Daily News” məlumat yayıb.
Məlumata görə, ölkənin cənubundan Kao Xo əyalətində yerləşən milli parka ekskursiyaya gedən turistlərin olduğu mikroavtobus, qarşısında hərəkətdə olan yük maşınına arxadan çırpılıb.
Nəticədə 4 nəfər hadisə yerində, biri isə xəstəxanada dünyasını dəyişib. Daha 8 nəfər isə müalicə üçün palataya yerləşdiriliblər.
Hüquq-mühafizə orqanları tərəfindən təhqiqatlara başlanılıb.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man