Sabirabad rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un Aran bürosu xəbər verir ki, hadisə Hacıqabul-Horadiz magistral yolunun Sabirabad rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, İmişli rayonunun Göbəktala kənd sakini Eldar Zeynal oğlu Şükürov idarə etdiyi “KaMAZ” markalı yük maşını ilə Sabirabad istiqamətində hərəkətdə olarkən qarşıda gedən Bakı şəhər sakini Yaşar Qafar oğlu Şahbazovun idarə etdiyi minik avtomobilinə çırpılıb.
Hadisə zamanı yük maşını idarəetmədən çıxaraq yolun hərəkət hissəsinə aşıb. Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan E.Şükürov Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Avtomobilin yük yerində olan mişar daşları yola töküldüyündən magistral yolda bir müddət hərəkət məhdudlaşıb. Yolda uzun zolaqlı tıxac yaranıb. Texnika vasitəsi ilə yola səpələnmiş mişar daşaları təmizlənərək hərəkət bərpa olunub.
Faktla bağlı araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man