Şamaxıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün Şamaxı şəhər 5 saylı tam orta məktəbin qarşısında baş verib.
Şamaxı sakini, 2012-ci il təvəllüdlü Hidayətzadə Asya Kamil qızı oxuduğu məktəbdən çıxaraq evə gedərkən yolu keçən zaman "Mercedes" markalı minik avtomobili onu vurub. Hadisə zamanı 2-ci sinif şagirdi ağır kəllə-beyin travması alıb, qolu sınıb. Yaralı Şamaxı Mərkəzi Rayon Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib.
Faktla bağlı Şamaxı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man