Dəhşətli təyyarə qəzası ilə bağlı istintaqın ilkin nəticələri açıqlandı

Yol qəzaları 09 Yanvar 2020 | 13:45
OXUNUB: 1035

İranın Mülki Aviasiya Təşkilatı yanvarın 8-də Tehranda qəzaya uğrayan “Boeing-737” ilə bağlı açıqlama yayıb.

Gordonua.com-un yaydığı xəbərə görə, təşkilatın rəhbəri Əli Abidzadə Ukraynanın MAU aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı danışıb.

Onun sözlərinə görə, təyyarə havaya qalxmaq üçün sürət yığıb, lakin sonradan geriyə, hava limanına qayıdıb və bu zaman qəza baş verib.

Hadisənin şahidləri təyyarənin havada olarkən alovlandığını deyiblər.

Yanğında “qara qutular”da uçuş məlumatları və səs qeydiyyatçısının zədələndiyini deyən Abidzadə, buna baxmayaraq, hər iki cihazda məlumatların saxlanıldığını bildirib.

Məmur vurğulayıb ki, İranda təyyarə qəzası nəticəsində ölən bütün vətəndaşların təmsil etdiyi dövlətlərin səlahiyyətlilərini hadisəni araşdırmaq üçün nümayəndələr göndərməyə dəvət edib. Hazırda onlar axtarış qruplarını İrana göndərirlər.

Xatırladaq ki, Ukraynaya məxsus təyyarə yanvarın 8-də Tehran aeroportunun yaxınlığında qəzaya uğrayıb. Təyyarədə olan 167 sərnişin və doqquz heyət üzvü həlak olub.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man