Tehranda qəzaya uğrayan təyyarənin sərnişini, Kanadadan Tehrana anasını və bacısını ziyarətə gələn Şeyda Şadko uçuşdan 20 dəqiqə əvvəl ərinə zəng vurub.
CNN-nin verdiyi xəbərdə bildirilir ki, o, əri Həsən Şadko İLƏ danışaraq ona uğur diləməsini istəyib.
Şeyda Şadko Trampın əmri ilə İran generalının öldürülməsindən sonra müharibə ola biləcəyi üçün narahat olduğunu bildirib.
“Ona heç bir şey olmayacaq, narahat olma, dedim”, - deyən Həsən Şadko arvadının “Yaxşı. Telefonumu söndürməliyəm, təyyarə uçuşa başlayır”, - dediyini bildirib.
Təyyarə qəzası nəticəsində ölənlər arasında Şeyda Şadko ilə bərabər, 62 Kanada vətəndaşı da olub.
Xatırladaq ki, Ukraynaya məxsus təyyarənin yanvarın 8-də Tehran aeroportunun yaxınlığında qəzaya uğraması nəticəsində 167 sərnişin və doqquz heyət üzvü həlak olub.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man