İranda sərnişin avtobusunun iştirakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az yerli KİV-ə istinadən məlumat verir ki, insident yanvarın 9-da gecə saatlarında Mazandaran əyalətində qeydə alınıb.
Məlumata görə, şəhərlərarası Tehran–Kəlalə reysi ilə hərəkət edən sərnişin avtobusu Savadkuh şəhəri ərazisindən keçən avtomagistralda naməlum səbəblərdən idarəetmədən çıxaraq yol kənarına aşıb.
Nəticədə azı 20 nəfər dünyasını dəyişib, daha 23 nəfər isə xəsarət alıb.
Yaralılar, hadisə yerinə çağırılan ambulanslarla şəhərdə yerləşən xəstəxanalara çatdırılıblar.
Hüquq-mühafizə orqanları tərəfindən hadisənin baş vermə səbəbləri araşdırılır.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man