Qubada yük avtomobilinin sürücüsü faciəvi şəkildə ölüb. Avtosfer.az-ın "Report"a istinadən verdiyi məlumata görə, hadisə rayonun Mirzəmmədkənd kəndi ərazisində baş verib.
Belə ki, sürücü yük maşınını yüksək gərginlikli elektrik xəttinin altında saxlayaraq, yükün üzərini örtmək üçün avtomobilin üstünə çıxmağa çalışıb. Lakin naqillərin olduğuna fikir verməyib və ehtiyatsızlıqdan onu cərəyan vurub.
Faktla bağlı araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man