Çində qadın sürücünün idarə etdiyi avtomobilin yanma görüntüləri təhlükəsizlik kamerasına düşüb. Avtosfer.az xəbər verir ki, insident yanvarın 5-də Quandun əyalətinin Quançjou şəhərində qeydə alınıb.
Kadrlarda hərəkətdə olan “Nissan” markalı avtomobilin altından qəfildən alovların yüksəldiyi və yanğını görən kişi sürücünün sükan arxasında həyəcanlanaraq avtomobil sahibini yanğınla bağlı xəbərdarlıq etməyə çalışdığı görülür.
Yerli KİV-in məlumatına görə, hadisə nəticəsində qadın sürücü xəsarət almayıb.
Ancaq, avtomobil yanaraq yararsız vəziyyətə gəlib.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man