Türkiyənin Qaziantep vilayətində minik avtomobilinin və məktəbli mikroavtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, insident Nizip rayonunun Yavuz Sultan Səlim bulvarında qeydə alınıb.
Məlumata görə, yüksək sürətlə idarə olunan 27 S 6198 qeydiyyat nişanlı “Toyota” markalı minik avtomobil, məktəbliləri daşıyan və qarşı zolağa keçmək istəyən servis mikroavtobusu ilə toqquşub.
Zərbənin şiddətindən sürüklənən mikroavtobus park edilmiş başqa bir minik avtomobilinə çırpılıb.
Nəticədə əksəriyyəti məktəbli olmaqla 15 nəfər xəsarət alıb. Yaralılar, hadisə yerinə çağırılan ambulanslarla Nizip Dövlət Xəstəxanasına çatdırılaraq müalicə üçün palatalara yerləşdiriliblər.
Qəzadan sonra “Toyota”nın sürət göstərən cihazının oxu 120 km/s-ın üstündə ilişərək qaldığı müəyyən olunub.
Polis faktla bağlı araşdırmalara başlayıb.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man