Rusiyanın Tümen əyalətində minik avtomobilinin və yük maşınının iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, insident yanvarın 7-də gecə saatlarında eyni adlı şəhərin Alabaşevsk küçəsində qeydə alınıb. Bu barədə əyalət üzrə Dövlət Yol Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, “VAZ-2114” markalı avtomobilin sürücüsü ara məsafəsi gözləməyərək qarşısında hərəkədə olan qar təmizləyən “Kamaz” markalı yük maşınına arxdan çırpılıb.
Nəticədə “VAZ”da olan 7 nəfər xəsarət alıb. Yaralılar, hadisə yerinə çağırılan təcili tibbi yardım maşınları ilə 2 nömrəli kliniki xəstəxanaya çatdırılıb. Onlardan üçünün uşaq olduğu bildirilib.
Göstərilən tibbi yardım zamanı “təcili tibbi yardım” briqadasının əməkdaşlarına hücum edilib: yaralıların qohumlarından kimsə maşının şüşəsini sındırıb. Səhiyyə işçiləri hadisə yerinə polis çağırıblar.
Şahidlər, “VAZ”ın yüksək sürətlə idarə edildiyini və avtomobildə qaraçı ailəsinin olunduğunu bildiriblər.
Polis faktla bağlı araşdırmalara başlayıb.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man