Peruda avtobusun və 3 mikroavtobusun iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, insident yanvarın 6-da ölkənin cənubunda yerləşən “Panamericana Sur” avtomagistralında qeydə alınıb. Bu barədə “Andina” agentliyi məlumat yayıb.
Məlumata görə, Lima-Arekipu reysi ilə hərəkət edən sərnişin avtobusu, sürücünün idarəetməsindən çıxaraq 3 mikroavtobusla toqquşub. Nəticədə azı 14 nəfər ölüb, təxminən 50 yaxın insan xəsarət alıb.
Bildirilir ki, avtobusda 42 sərnişin olub. Ümumilikdə yerli xəstəxanalara 48 yaralı çatdırılıb.
Hadisə yerinə polis, xilasetmə və səhiyyə briqadları cəlb edilib.
Polis qəza ilə bağlı araşdırmalara başlayıb.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man