Rusiyanın Kurqan əyalətində 3 avtomobilin iştirakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, insident yanvarın 5-də Yekaterinburq – Şadrinsk – Kurqan avtomagistralının 192-ci kilometrliyində qeydə alınıb.
Məlumata görə, 44 yaşlı sürücü idarə etdiyi “Toyota Wish” markalı minik avtomobillə, yolun əks zolağına çıxaraq qarşıdan gələn “Lexus RX-350”la toqquşub. Zərbənin şiddətindən idarəetmədən çıxan “Toyota” “Hyundai Solaris” markalı minik avtomobilinə çırpılıb.
Nəticədə 4 nəfər ölüb, daha 4 nəfər isə xəsarət alıb.
Yaralılar, hadisə yerinə çağırılan “təcili tibbi yardım” maşınları ilə xəstəxanaya çatdırılıb.
Polis faktla bağlı təhqiqatlara başlayıb.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man