İmişli rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"-un Mil-Muğan bürosunun məlumatına görə, hadisə gecə saat 02:00 radələrində İmişli-Qaravəlli-Mirili yerli əhəmiyyətli avtomobil yolunun Qaralar kəndindən keçən hissəsində baş verib.
Kənd sakini, 1977-ci il təvəllüdlü Orucov Mehman Afəddin oğlunu avtomobil vurub. Yaralı kəllə-beyin travması və daxili qanaxma ilə İmişli Mərkəzi Rayon Xəstəxanasına çatdırılaraq üzərində cərrahiyə əməliyyatı aparılıb. Hazırda onun vəziyyəti orta ağırdır.
Faktla bağlı araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man