Türkiyənin Şanlıurfa vilayətində minik avtomobilinin və sərnişin mikroavtobusunun iştirakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az yerli KİV-ə istinadən məlumat verir ki, insident yanvarın 4-də axşam saatlarında Şanlıurfa – Qaziantep avtomagistralının 40-cı kilometrliyində qeydə alınıb.
Məlumata görə, Suruç rayonundan Şanlıurfaya sərnişin daşıyan Xəlil Ç.-nin idarə etdiyi 63 FB 472 qeydiyyat nömrə nişanlı mikroavtobus, adı öyrənilməyən sürücünün idarə etdiyi 63 AAY 346 qeydiyyat nömrə nişanlı minik avtomobillə toqquşub. Zərbənin şiddətindən hər iki nəqliyyat vasitəsi yol kənarına düşüb.
Nəticədə 14 nəfər müxtəlif cür bədən xəsarətləri ilə Suruç Rayon Dövlət Xəstəxanasına aparılıblar. Müalicə üçün palatalara yerləşdirilən yaralılardan 2-si, həkimlərin bütün səylərinə baxmayaraq onların həyatını xilas etmək mümkün olmayıb.
Polis faktla bağlı təhqiqatlara başlayıb.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man