“U16” futbol komandasının olduğu avtobus tarlaya aşdı: 23 nəfər xəsarət alıb - FOTO

Yol qəzaları 04 Yanvar 2020 | 15:28
OXUNUB: 910

Türkiyənin Sivas vilayətində “Hatayspor U16” futbol komandasının olduğu avtobus qəzaya uğrayıb. Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, insident yanvarın 4-də gecə saatlarında Gölova – Çamoluq avtomagistralının Qarayaqub kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Məlumata görə, Hataydan Çaykur Rizespor matçı üçün Rizəyə gedən C.K.-nın idarə etdiyi 31 ACL 633 qeydiyyat nişanlı avtobus, yolun qarlı, buzlu və sürüşkən olması səbəbindən idarəetmədən çıxaraq yol kənarındakı tarlaya aşıb.

Nəticədə 23 nəfər xəsarət alıb. Aralarında futbolçuların və texniki heyətin olduğu 23 nəfər tədbir məqsədi ilə ərazidə yerləşən xəstəxanalara çatdırılıblar. Yaralılardan bəzilərinin müayinəsi ayaq üstə edilərək ambulator müalicəyə buraxıldığı, 9 nəfər isə palatalara yerləşdirilərək müalicələri davam etdirildiyi bildirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

 

Namiq Musayev

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man