Norveçin paytaxtında ötən il cəmi bir nəfər yol qəzasının qurbanı olub

Yol qəzaları 04 Yanvar 2020 | 10:30
OXUNUB: 469

Norveçin paytaxtı Oslonun yollarında 2019-cu il ərzində cəmi bir nəfər ölüb. 

Bu barədə ictimai yolların yerli administrasiyasına istinadən “Aftenposten” xəbər verir.

Osloda 2019-cu ildə yol-nəqliyyat hadisəsinin yeganə qurbanı avtomobilinin hasara çırpılması nəticəsində ölən yaşlı kişi olub. 

Qeyd edək ki, 2018-ci ildə Osloda yol-nəqliyyat hadisələri nəticəsində beş nəfər həlak olmuşdu.

Norveçin paytaxtında 1975-ci ildə yol qəzalarının qurbanı 41 nəfər olub. Lakin o zamandan bəri YNH nəticəsində ölənlərin sayı ildən-ilə azalır. 

Administrasiyada qeyd edilib ki, yollarda qurbanların sayının azalmasına səbəb Oslo şəhərinin mərkəzi hissəsinə özəl avtomobillərin girişinə məhdudiyyətlərin qoyulmağı olub.

Bundan başqa, velosiped yollarının sayı artırılıb ki, nəticədə norveçlilər velosipedlə daha tez-tez getməyə başlayıblar. Bununla yanaşı, velosiped yollarını avtomobil yollarından ayıraraq,  yol-nəqliyyat hadisəsi riskini əhəmiyyətli dərəcədə azaltmaq mümkün olub.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man