Meksikada 50-yə yaxın nəqliyyat vasitəinin iştirakı ilə kütləvi yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, insident ötən gün ölkənin şimal-şərqində yerləşən Nuevo-Leon ştatının Monterrey - Saltilo avtomagistralında qeydə alınıb. Bu barədə “Milenio” nəşri məlumat yayıb.
Bildirilir ki, qəzaya magistral yolda havanın dumanlı və görmə səviyyəsinin aşağı düşməsi səbəb olub. Nəticədə azı 10 nəfər müxtəlif dərəcələri bədən xəsarətləri alıb. Yaralılar ambulanslarla xəstəxanaya çatdırılıblar.
Xilasedicilər nəqliyyat vasitələrində sıxışmış vəziyyətdə qalan bir neçə yaralını xüsusi alətlərin köməkliyi ilə xilas ediliblər.
Hazırda yolda nəqliyyatın hərəkəti hər iki istiqamətdə bağlanıb.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man