İranda sərnişin avtobusunun iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, insident dekabrın 31-də səhər saatlarında ölkənin şimal-qərbində qeydə alınıb. Bu barədə “Mehr” agentliyi məlumat yayıb.
Məlumata görə, Təbriz-Tehran reysi ilə hərəkət edən sərnişin avtobusu, naməlum səbəblərdən idarəetmədən çıxaraq yol kənarına aşıb. Nəticədə azı 9 nəfər ölüb, daha 10 nəfər isə xəsarət alıb.
Yaralılar, “təcili tibbi yardım” maşınları ilə xəstəxanalara çatdırılıblar.
Polis faktla bağlı araşdırmalara başlayıb.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man