“Wolkswagen” “Nissan”la toqquşdu: 11 ölü, 7 yaralı

Yol qəzaları 30 Dekabr 2019 | 13:33
OXUNUB: 988

Meksikada mikroavtobusun və minik avtomobilinin iştirakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, insident dekabrın 30-da gecə saatlarında Çiapas ştatının ödənişli Okosokoautla – Arriaqa avtomagistralının 36-cı kilometrliyində qeydə alınıb.

Məlumata görə, “Wolkswagen Jetta” markalı minik avtomobili, turistlərin olduğu “Nissan Urvan” markalı mikroavtobusla toqquşub.

Nəticədə 2-si uşaq olmaqla 11 nəfər vəfat edib, daha 7 nəfər isə xəsarət alıb. Yaralılar, hadisə yerinə çağırılan ambulanslarla yaxınlıqdakı xəstəxanaya çatdırılıblar.

Hüquq-mühafizə orqanları tərəfindən təhqiqatlara başlanılıb.

 

Namiq Musayev

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man