Hindistanda mikroavtobusun iştirakı ilə ağır yol nəqliyyat-hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, hadisə dekabrın 30-da gecə saatlarında Yeni Dehlidə qeydə alınıb. Bu barədə “NDTV” telekanalı məlumat yayıb.
Məlumata görə, qatı duman səbəbindən 11 nəfərin olduğu mikroavtobus kanala düşüb. Nəticədə 2-si uşaq olmaqla, 6 nəfər vəfat edib, daha 5-i isə xəsarət alıb. Yaralılar, hadisə yerinə çağırılan ambulanslarla xəstəxanaya çatdırılıb. Onlardan bəzilərinin vəziyyətlərinin ağır olduğu bildirilir.
İnsident yerinə polis və xilasetmə briqadaları cəlb edilib.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man