Estoniyada reys avtobusunun qəzaya uğraması nəticəsində 9 nəfər xəsarət alıb. Avtosfer.az xəbər verir ki, insident dekabrın 29-da gecə saatlarında Tallin – Narva şosesinin 30-cu kilometrliyində qeydə alınıb. Bu barədə “Sputnik Estoniya” portalı məlumat yayıb.
Məlumata görə, Sankt-Peterburqdan Tallin şəhəri istiqamətində hərəkətdə olan “Ecolines” şirkətinə məxsus reys avtobusu, texniki nasazlıq səbəbindən idarəetmədən çıxaraq yol kənarına aşıb.
Bildirilir ki, avtobusda 2-si sürücü olmaqla ümumilikdə 67 nəfər olub. Yaralanan 9 nəfər Latviya vətəndaşlarıdır. Onlar müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.
Hadisənin təfərrüatları araşdırılır.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man