Misirdə mikroavtobusun və yük maşınının iştirakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, insident dekabrın 28-də Liman-Səid rayonunda qeydə alınıb.
Məlumata görə, tikiş fabrika işçilərini daşıyan mikroavtobus yük maşını ilə toqquşub.
Nəticədə 22 nəfər ölüb, daha 7 nəfər isə xəsarət alıb.
Qəza baş verən əraziyə çox sayda polis, xilasetmə və səhiyyə briqadaları cəlb edilib.
Yaralılar, hadisə yerinə çağırılan ambulanslarla xəstəxanalara çatdırılıblar.
Polis qəzanın baş vermə səbəblərini araşdırır.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man