Türkiyənin Biləcik vilayətində avtobusun və yük maşınının iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, insident dekabrın 28-də gecə saatlarında Biləcik – Bozüyük avtomagistralında qeydə alınıb.
Məlumata görə, İstanbul-Antalya marşrutu ilə hərəkət edən Veysəl Ulduzun idarə etdiyi “Kamil Qoç” şirkətinə məxsus 32 ER 144 qeydiyyat nişanlı reys avtobusu, eyni istiqamətdə hərəkətdə olan Ərsin Yılmazın idarə etdiyi 49 DC 697 qeydiyyat nömrə nişanlı yük maşınına arxadan çırpılıb.
Nəticədə 6 nəfər xəsarət alıb. Yaralılar, hadisə yerinə çağırılan ambulanslarla Biləcik Dövlət Xəstəxanasına çatdırılıblar. Onlardan birinin vəsiyyətinin ağır olduğu bildirilib.
Polis faktla bağlı təhqiqatlara başlayıb.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man