Ermənistanını Şirak əyalətində iki minik avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az yerli KİV-ə istinadən məlumat verir ki, hadisə Gümrü şəhərində qeydə alınıb.
Məlumata görə, 37 yaşlı Serqey Petrosyanın idarə etdiyi 71 PT 701 qeydiyyat nömrə nişanlı “Nissan” markalı minik avtomobillə, 62 yaşlı Anait Mirzoyanın idarə etdiyi 34 QD 625 qeydiyyat nömrə nişanlı “Opel” markalı minik maşını toqquşub.
Nəticədə “Nissan”da 2 nəfər “Opel”də isə 5 nəfər olmaqla ümumilikdə 7 nəfər xəsarət alıb, onlardan 3-ü yeniyetmədir.
Yaralılar, hadisə yerinə çağırılan təcili tibbi yardım maşınları ilə xəstəxanaya çatdırılıblar.
Bildirilir ki, hər iki nəqliyyat vasitəsinin sürücüləri hərbçilərdir.
Faktla bağlı araşdırmalara başlanılıb.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man