Mingəçevir şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə axşam saatlarına “Əşya Bazarı” yaxınlığında qeydə alınıb.
“Ford” markalı mikroavtobus yolu keçmək istəyən 1969-cu il təəllüdlü şəhər sakini Qasımov Etibar Müslim oğlunu vuraraq ona xəsarət yetirib.Yaralı ətradakıların köməyi ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man