Rusiyada sərnişin təyyarəsi qəzadan son anda xilas oldu

Yol qəzaları 27 Dekabr 2019 | 12:30
OXUNUB: 567

Moskvada “Şeremetyevo” aeroportunda “Sukhoi Superjet” sərnişin təyyarəsi uçuş-eniş zolağından qrunt yola çıxıb.

Bu barədə TASS xəbər yayıb.

Məlumata görə, təyyarə Moskva-Samara reysini həyata keçirməyə hazırlaşıb. Həmin vaxt göyərtədə 74 sərnişin və beş heyət üzvü olub. Onlar arasında zərərçəkənin olmadığı bildirilir.

“Sərnişinlər arxa qapıdan ştat rejimdə təxliyyə olunublar, zərərçəkən yoxdur, hava gəmisinə xəsarət dəyməyib”, - deyə aviaşirkətin Mətbuat Xidməti xəbər verib.

Hadisənin səbəbləri araşdırılır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man