Şirvanda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-nın məlumatına görə, hadisə Şirvanın girişində qeydə alınıb.“Hyundai” markalı, 90 OT 031 dövlət nömrə nişanlı avtomobil şəhərin girişindəki beton lövhəyə çırpılıb. Qəza nəticəsində dörd nəfər ölüb. Ölənlərin üçü qadın, biri kişidir. Tərtər sakini olan həmin şəxslər Şirvana yas mərasiminə gəliblərmiş.
***
Şirvan şəhərində dəhşətli yol qəzası baş verib. Avtosfer.az “Qafqazinfo”-a istinadən xəbər verir ki, ilkin məlumata görə, qəza nəticəsində 4 nəfər vəfat edib. Hadisə Şirvan şəhərinin girəcəyində, "Şirvan" sözü yazılan abidənin qarşısında baş verib. 90 OT 031 nömrəli "Hyundai" markalı avtomobilin sürücüsü idarəetməni itirərək qəza törədib. Maşında olan 3 qadın və kişi sürücü hadisə yerində vəfat edib.
Vəfat edən sürücünün 1985-ci il təvəllüdlü Şamilov Qadir Cəfər oğlu olduğu müəyyən edilib.
Qəzada ölən qadınlar – Salyan rayon, Marışlı kənd sakini 1977-ci il təvəllüdlü Zeynalova Pərvanə Saleh qızı, Tərtər rayon sakinləri- 1957-ci il təvəllüdlü Zeynalova Zöhrə Oruc qızı və 1953-cü il təvəllüdlü Dadaşova Eyzangül Kərəm qızıdır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man