Kanadanın Britaniya Kolumbiyasında təhlükəli maddə daşıyan yük qatarı relsdən çıxıb. Avtosfer.az xəbər verir ki, insident Maunt-Robson dağından 30 kilometr şərqdə qeydə alınıb. Bu barədə CTV telekanalı məlumat yayıb.
Məlumata görə, “Canadian National Railway” dəmir yol şirkətinə məxsus yük qatarı hərəkətdə olan zaman naməlum səbəblərdən əvvəlcə iki vaqon, ardınca isə daha 24-ü gölə aşıb.
Bildirilir ki, hadisə nəticəsində xəsarət alan olmayıb.
Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man