Qazaxıstanda baş vermiş təyyarə qəzasında ölənlərin sayı 15 nəfərə çatıb, 66 nəfərə isə tibbi yardım göstərilib.
******08.00
Qazaxıstanda “Bek Air” aviaşirkətinə məxsus sərnişin təyyarəsi qəzaya uğrayıb. Avtosfer.az yerli mətbuata istinadən məlumat verir ki, insident dekabrın 27-si baş verib.
Bildirilir ki, Almatıdan Nursulatana uçan “Fokker 100” tipli sərnişin təyyarəsi uçuş zamanı hündürlüyü itirib. Beton arakəsmələri uçuran hava gəmisi iki mərtəbəli yaşayış evinə çırpılıb. Qəzadan sonra dərhal xilasetmə işlərinə başlanılıb, toqquşmada yanğın baş verməyib.
İlkin məlumatlara görə, hadisə nəticəsində 12 nəfər ölüb, daha 9-u isə xəsarət alıb.
Qeyd edilir ki, hava gəmisinin göyərtəsində 95 sərnişin və 5 ekipaj üzvü olub.
Faktla bağlı müvafiq qurumlar tərəfindən komissiya yaradılıb, araşdırmalar aparılır.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man