Buzlu yol qəzaya səbəb oldu: 23 nəfər xəsarət aldı - FOTO

Yol qəzaları 25 Dekabr 2019 | 12:45
OXUNUB: 742

Türkiyənin Kayseri vilayətində sərnişin avtobusu qəzaya uğrayıb. Avtosfer.az xəbər verir ki, insident bu gün gecə saatlarında Kayseri – Pınarbaşı avtomagistralının 35-ci kilometrliyində qeydə alınıb.

Məlumata görə, Vandan Kayseri istiqamətində hərəkətdə olan “Best Van” şirkətinə məxsus, Səid Qaranın (59) idarə etdiyi 65 AV 245 qeydiyyat nömrə nişanlı sərnişin avtobusu, yolun buzlu və sürüşkən olması səbəbindən idarəetmədən çıxaraq yol kənarına aşıb.

Nəticədə 23 nəfər xəsarət alıb. Yaralılar, hadisə yerinə çağırılan ambulanslarla rayon xəstəxanalarına çatdırılıblar. Onların səhhətlərinin normal olduğu bildirilib.Polis faktla bağlı təhqiqatlara başlayıb.

 

Namiq Musayev

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man