İndoneziyada sərnişin avtobusunun iştirakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, insident ötən gün axşam saatlarında Cənubi Sumatra əyalətində qeydə alınıb. Bu barədə çərşənbə axşamı “Antara” agentliyi məlumat yayıb.
Məlumata görə, hərəkətdə olan sərnişin avtobusunun dərəyə aşması nəticəsində azı 24 nəfər ölüb, daha 13 nəfər isə xəsarət alıb. Yaralılar xəstəxanalara çatdırılıblar. Hadisə yerinə xilasetmə briqadaları cəlb olunub.
Qəzanın baş vermə səbəbləri barədə məlumat daxil olmayıb.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man