Abşeron rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report” xəbər verir ki, hadisə Bakı Mühəndislər Universitetinin yanında qeydə alınıb.
Hələki şəxsiyyəti məlum olmayan 40-45 yaşlarında kişini avtomobil vurub.
Yaralı dərhal xəstəxanaya çatdırılıb. Ona kəllə-beyin travması və bədənin müştərək travması diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man