Binəqədi rayonunda yeniyetmənin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Hadisə “Gənclər şəhərciyi” yaşayış massivinin yaxınlığında qeydə alınıb. Minik avtomobili 2001-ci il təvəllüdlü Məmmədova Şəbnəm Adil qızını vurub.
Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ona qapalı kəllə-beyin travması, döş qəfəsinin küt travması diaqnozu qoyulub.
Digər qəza isə Nərimanov rayonunda, metronun “Gənclik” stansiyasının yaxınlığında baş verib.
Belə ki, minik avtomobili piyadalar üçün nəzərdə tutulmayan hissədən yolu keçmək istəyən 1989-cu il təvəllüdlü Cəfərov Bəylər Kərim oğlunu vurub.
Ağır xəsarət alan yaralı xəstəxanaya yerləşdirilib. Ona ayağın sınığı diaqnozu qoyulub.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man