Bakı şəhərinin Nərimanov rayonunda iki avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az Oxu.Az-a istinadən xəbər verir ki, qəza Həsən Əliyev küçəsində qeydə alınıb.
Belə ki, H.Əliyev küçəsində tuneldə yüksək sürətlə hərəkətdə olan BMW markalı avtomobilin sürücüsü idarəetməni itirib.
Nəticədə nəqliyyat vasitəsi yol kənarında hərəkətsiz vəziyyətdə dayanmış “Hyundai” markalı avtomobilə çırpılıb.
Hadisəni törədən BMW markalı avtomobilin sürücüsü (şəxsiyyəti araşdırılır) ərazidən yayınıb.
Hadisə nəticəsində bir nəfər xəsarət alıb.
Zərbənin gücündən avtomobilin yanacağı yola dağılıb. Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin briqadası və Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man