Bakının Səbail rayonunda iki avtomobil toqquşub.
Avtosfer.az APA -ya istinadən xəbər verir ki, Neftçilər prospektində nəqliyyat vasitəsinin təkərinin nasaz olması qəzaya səbəb olub.
1995-ci il təvəllüdlü Sərxanov Əli Əsədağa oğlu idarə etdiyi “BMW” markalı nəqliyyat vasitəsini yol kənarında saxlamaq istəyərkən onun avtomobili "VAZ 2107" və "NAZ Lifan" markalı avtomobillərə çırpılıb. Zərbənin gücündən "BMW" "BakuBus" MMC-yə məxsus 6 saylı xətt marşutu üzrə Niyaməddin Məhəmmədovun idarə etdiyi "Iveco" markalı sərnişin avtobusuna dəyib.
Qəza nəticəsində "NAZ Lifan" və "VAZ 2107"-nin sürücüləri ağır xəsarət alıb. "VAZ 2107"-nin yanacaq çəni zədələndiyindən yola benzin dağılıb. Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb edilib, yolda sıxlıq yaranıb. Səbail Rayon Polis İdarəsinin əməkdaşları yolda hərəkəti tənzimləyib.
"BMW"-nin sürücüsü Ə.Sərxanovun APA-ya verdiyi məlumata görə, "NAZ Lifan" markalı avtomobilin təkəri nasaz olub, "VAZ 2107"-nin sürücüsü də avtomobili yolda saxlayaraq ona kömək edirmiş.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man