Bakıda 17 yaşlı qızı vurub öldürən avtobus sürücüsünün məhkəməsi keçirilib

Yol qəzaları 20 Dekabr 2019 | 00:15
OXUNUB: 901

Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Sərxan Səfərovun cinayət işi üzrə hazırlıq iclası keçirilib.

Avtosfer.az "Report" -a istinadən xəbər verir ki, hakim Əhməd Quliyevin sədrlik etdiyi iclasda anket məlumatları dəqiqləşdirilib. Baxış iclası 2020-ci il yanvarın 9-a təyin edilib.

Qeyd edək ki, hadisə bu ilin avqust ayında Bakının Sabunçu rayonu ərazisində baş verib. Ramana qəsəbəsində 204 saylı xətt üzrə hərəkət edən sərnişin avtobusu yolu keçmək istəyən 17 yaşlı Vəliyeva Fatimə Maarif qızını vurub. Kəllə-beyin travması və bədənin müxtəlif zədələri diaqnozu ilə xəstəxanaya yerləşdirilən F.Vəliyeva dünyasını dəyişib.

Avtobusun sürücüsü S.Səfərova Cinayət Məcəlləsinin 263-1.3-cü (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man