Tailandda turistlərin olduğu katerin və yaxtanın toqquşması nəticəsində 1 nəfər ölüb, 12 nəfər isə xəsarət alıb. Avtosfer.az xəbər verir ki, hadisə dekabrın 18-də ölkənin şərqində yerləşən Pxanqnqa əyalətində qeydə alınıb. Bu barədə bu gün “Bangkok Post” nəşri məlumat yayıb.
Məlumata görə, katerin kapitanı vəfat edib. Yaralanan turistlər Rusiya, Misir, Pakistan, Estoniya və İngiltərəli vətəndaşlardır. Hazırda onlar Pxuketa xəstəxanasına yerləşdirilib.
Qeyd edək ki, katerdə 47-si turist olmaqla ümumilikdə 49 nəfər olub. Yaxtada isə xəsarət alan olmayıb.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man