Türkiyənin İzmir vilayətində sərxoş qadın sürücü yol qəzasına səbəb olub. Avtosfer.az xəbər verir ki, insident Aliağa rayonunun Gözəlhisar küçəsində qeydə alınıb.
Məlumata görə, bir şəxsin sərxoş vəziyyətdə avtomobil idarə etdiyi barədə məlumat alan Aliağa Rayon Polis İdarəsinin əməkdaşları, avtomobilin Yeni məhəllə ərazisində hərəkətdə olduğunu müəyyən ediblər. Sürücünün saxlanılması istiqamətində aparılan tədbirlər zamanı G.C.-nin idarə etdiyi 35 ADF 281 qeydiyyat nömrə nişanlı minik avtomobili, əks zolağa çıxaraq polis maşını ilə toqquşub. Zərbənin şiddətindən polis maşını idarəetmədən çıxaraq yol kənarına aşıb.
Nəticədə iki polis zabiti və digər maşının qadın sürücüsü xəsarətlər alıb.
Yaralı sürücü, hadisə yerinə çağırılan ambulansla xəstəxanaya aparılıb. Müayinə zamanı onun sərxoş olduğu müəyyən olunub.
Hadisə ilə bağlı təhqiqatlara başlanılıb.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man