Venesuelanın Araquna ştatında sərnişin avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, insident ötən gün Viktoriya şəhəri ərazisində qeydə alınıb. Bu barədə “Union Radio” radiostansiyası məlumat yayıb.
Məlumata görə, ölkənin paytaxt istiqamətində hərəkətdə olan reys avtobusu, sürücünün idarəetməsindən çıxaraq aşıb.
Nəticədə 1 nəfər ölüb, azı 27 nəfər isə xəsarət alıb. Yaralılar, hadisə yerinə çağırılan ambulanslarla yaxınlıqda yerləşən tibb məntəqələrinə çatdırılıblar.
Hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man