Pakistanda sərnişin avtobusunun və benzindaşıyan maşının iştirakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, insident ölkənin qərbində yerləşən Bəlucistan əyalətinin Killa-Sayfulla kəndi yaxınlığında qeydə alınıb. Bu barədə dekabrın 13-də “The Express Tribune” nəşri məlumat yayıb.
Məlumata görə, toqquşma nəticəsində azı 15 nəfər ölüb. Zərbənin şiddətindən hər iki nəqliyyat vasitəsi yanaraq yol kənarına aşıb. Hadisə yerinə yanğınsöndürmə, polis və səhiyyə briqadaları cəlb edilib. Digər təfərrüatlar barədə məlumat verilmir.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man