Keniyada iki avtobusun iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, insident bu gün gücə saatlarında Nayrobi və Mombasa şəhərlərini birləşdirən avtomagistralda qeydə alınıb.
Məlumata görə, “Modern Coast” şirkətinə məxsus iki sərnişin avtobusu toqquşub. Nəticədə 7 nəfər ölüb, daha 62 nəfər isə xəsarət alıb.
Yaralılar ambulanslarla xəstəxanalara çatdırılıblar.
Hüquq-mühafizə orqanları tərəfindən hadisənin baş vermə səbəbləri araşdırılır.
Yerli polisin statistikasına görə, Keniyada il ərzində baş verən yol-nəqliyyat hadisələri zamanı 3 minə yaxın insan dünyasını dəyişir. Qəzalara əsasən, nəqliyyatın gur olan vaxtlarında sürücülərin təhlükəli manevr etmələri səbəb olub.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man