"Mercedes"də çıxış edən "Formula 1" üzrə 6 qat dünya çempionu Lüis Hemilton "Yamaha" markalı motosikleti əzib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, motosiklet 7 qat dünya çempionu Valentino Rossiyə məxsus olub. Hemilton və Rossi İspaniyanın Valensiya şəhərindəki avtodromda reklam tədbiri zaman nəqliyyat vasitələrini müvəqqəti dəyişdiriblər. Britaniyalı pilot Rossinin motosikleti ilə qəza törədib. Hadisə nəticəsində onun özü sağ-salamat qalıb.
Qeyd edək ki, Lüis Hemilton 2019-cu il mövsümündə 21 Qran-prinin 11-dən qalib ayrılıb və ardıcıl 3-cü il dünya çempionu olub. Valentino Rossi isə sonuncu çempionluğunu 10 il əvvəl əldə edib. Rossi bu il MotoGP-də cəmi 2 dəfə podiuma çıxıb və yekunda 7-ci yerlə kifayətlənib.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man