Bakıda icarəyə götürdüyü "Toyota” ilə qəza törətdi: xəsarət alan var - FOTO

Yol qəzaları 10 Dekabr 2019 | 08:10
OXUNUB: 739

Bakıda iki maşının toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu Babək prospektində qeydə alınıb.

Məlumata görə, 1986-cı il təvəllüdlü Babazadə Pərviz icarəyə götürərək idarə etdiyi 90-OX-999 dövlət nömrə nişanlı "Toyota Land Cruiser" markalı avtomobillə sürət həddini aşaraq işıqforun qırmızı işığında dayanan, 1999-cu il təvəllüdlü Əlizadə Elcanın idarə etdiyi 67-BD-387 dövlət nömrə nişanlı "VAZ 2107" markalı avtomobilə vurub.

Hadisə nəticəsində hər iki maşına ciddi ziyan dəyib. Qəzada "VAZ 2107" markalı avtomobilin sürücüsü Əlizadə Elcan xəsarət alıb. Hadisə yerinə PPX əməkdaşları və evakuator xidməti gəlib.

Qeyd edək ki, hadisəni törədən maşın paytaxtda yerləşən "Rent car" şirkətlərindən birinə məxsusdur.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man