Göyçayda piyadanın vurulması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Göyçay şəhərində qeydə alınıb. Rayon sakini Dinar Baxışov idarə etdiyi "Mercedes" markalı minik avtomobili ilə hərəkətdə olarkən yolu keçən piyada, 1957-ci il təvəllüdlü İmanova Səadət Məmməd qızını vurub. Hadisədən dərhal sonra sürücü tərəfindən xəstəxanaya çatdırılan piyadanın həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, qəzanı törədən sürücü Göyçay rayon Təcili Tibbi Yardım Stansiyasının həkimidir.
Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man