Türkiyənin Düzcə vilayətində TIR və sərnişin avtobusunun iştirakı ilə baş verən yol qəzasında 2 nəfər ölüb, 35 nəfər isə xəsarət alıb. Avtosfer.az xəbər verir ki, insident bu gün gecə saatlarında Anadolu avtomagistralının Gümüşova keçid məntəqəsi istiqamətində qeydə alınıb.
Məlumata görə, dəmir arakəsmələrdə olan boşluqdan İstanbul istiqamətinə dönmək istəyən Ərdal Tanrıverdinin idarə etdiyi 34 JS 1415 qeydiyyat nömrə nişanlı yük daşıyan TIR-a, eyni yolda irəliləyən Kənan Çətinqayanın idarə etdiyi 34 SH 441 qeydiyyat nömrə nişanlı sərnişin avtobusu arxadan çırpılıb. Zərbənin şiddətində avtobusun ön hissəsi TIR-ın yük yerinə girib.
Nəticədə avtobus sürücüsü Kənan Çətinqaya və köməkçisi Əli Atalay hadisə yerində dünyalarını dəyişiblər. 40 sərnişindən 35-i isə Düzcə və Sakaryada yerləşən xəstəxanalara çatdırılıblar. Yaralıların müalicələri davam etdirilir.
Müvafiq qurumlar tərəfindən araşdırmalara başlanılıb.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man