Dekabr ayının 2-də Bakının Binəqədi rayonunda, Ziya Bünyadov prospektində baş vermiş ağır yol qəzası nəticəsində 6 nəfər xəsarət alıb.
Yaralılar 1 saylı Xəstəxanaya yerləşdirilib. Onlardan birinin - hamilə qadının vəziyyətinin ağır olduğu deyilir. Həmin şəxs xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib.
Qeyd edək ki, yol qəzasının 10-MD-081 dövlət qeydiyyat nişanlı "BMW" markalı avtomobilin sürət həddini aşması səbəbindən meydana gəldiyi bildirilir. Ərazidə olan polis əməkdaşlarının verdiyi məlumata görə, həmin avtomobil metronun "Koroğlu" stansiyası istiqamətində hərəkətdə olan zaman idarəetmədən çıxıb və qarşı yola keçib, nəticədə əks hərəkət zolağı ilə hərəkətdə olan digər "BMW" və "Opel" markalı nəqliyyat vasitələrinə çırpılıb.
Avtoqəzadan sonra prospektin hər iki istiqamətində güclü tıxac yaranıb, hərəkət məhdudlaşdırılıb. YPX əməkdaşları sürücüləri alternativ yollara istiqamətləndirib.
Avtoqəzada xəsarət alanlar 10-MD-081 dövlət qeydiyyat nişanlı "BMW" markalı avtomobilin sürücüsü Həsən, avtomobildə olan sərnişin Aleksandr Naqutin, 99-FE-712 dövlət qeydiyyat nişanlı "BMW" markalı avtomobilin sürücüsü Tural Rəhmanov, həmçinin sərnişinlər - hamilə olan Marina, Teymur Quliyev və Elvin Niftəliyevdir.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man