Saatlıda qatarla avtomobil toqquşub, iki nəfər ölüb.
Xezerxeber.az-ın məlumatına görə, hadisə Saatlı rayonunun Hacıqasımlı kəndi ərazisində qorunmayan dəmiryolu keçidində baş verib.
Avtomobil Şirvan-İmişli xətti üzrə hərəkət edən qatarla toqquşub. Hadisə nəticəsində minik avtomobilində olan sürücü - Sabirabad rayonu, Kovlar kənd sakini, 57 yaşlı Cəbrayıl Abasov və sərnişin-Qəzli kənd sakini, 55 yaşlı Eldar Məmmədov hadisə yerində ölüblər. Ölən şəxslərin meyitləri Saatlı rayon morquna təhvil verilib.
Faktla bağlı İmişli xətt polisi tərəfindən araşdırma aparılır.
Salyanda isə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Ələt-Astara magistral yolunun 14-cü kilometrliyində, rayonun Xıdırlı kəndinin ərazisindən keçən hissəsində qeydə alınıb. Kənd sakini, 33 yaşlı Sadıq Mustafayev yolu keçmək istəyən zaman onu maşın vurub. Piyada aldığı ağır xəsarətlər nəticəsində hadisə yerində dünyasını dəyişib. Qəza törədən avtomobilin sürücüsü isə hadisə yerindən qaçıb.
Faktla bağlı araşdırma aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man